Xocalı rayon Təhsil şöbəsi 1990-cı ilin aprelində yaradılmışdır. Həmin dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindəki Azərbaycanlılar yaşayan məntəqələrdəki məktəblər Xocalı rayon Təhsil şöbəsinin tabeliyində olmuşdur. Məlum hadisələrlə əlaqədar 1992-ci ilin fevralından sonra Xocalı rayon Təhsil şöbəsi bir müddət Yevlax şəhərində.
2003-cü ilə qədər Naftalan şəhərində fəaliyyət göstərmiş 2003-cü ildən sonra isə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşir.
2000-ci ilin aprelində rayon Təhsil şöbəsinin yaradılmasının 10 illiyi Təhsil Nazirliyi tərəfindən qeyd olunmuşdur.
Ha-hazırda rayon Təhsil şöbəsi tabeliyində 12 tam orta, 1 UYM respublikanın 5 şəhər və rayonunda (Bakı şəhəri, Gəncə şəhəri, Goranboy rayonu, Oğuz rayonu, Şəki rayonu) fəaliyyət göstərir.
Rayonun UYM Goranboy rayonu ərazisindəki məktəblərdə olan şagirdləri dərsdən sonrakı vaxtda 10 dərnəyə cəlb etməklə fəaliyyət göstərir.