Şakir Əliyev
Müdir
07.03.1959-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Şuşa şəhər Pedaqoji texnikumuna daxil olub-1978-ci ildə təmin texnikumun ibtidai sinif müəllimliyi ixtisasını bitirib. 1978-ci ildən sentyabrından 1978-ci ilin noyabr ayına qədər Kosalar kənd orta məktəbinin Qaragav filialında müəllim işləyib.
1981-1988-ci illərdə Əskəran rayonunun Dasbulaq kənd orta məktəbində müəllim işləyib.
1984-1989-cü illərdə Xankəndi Pedaqoji İnstitutunun tarix fakultəsində ali təhsil alıb.
1989-1990-cı tədris ilindən Xocalı rayonu Qaragav kənd tam orta məktəbində direktor vəzifəsində işləyib.
05.03.2013-cü il tarixdən Xocalı rayon Təhsil şöbəsinə müdir vəzifəsinə təyin olunub.
Ailəlidir. 3 övladı var.