03.06.2022

1 iyun

                   01 iyun 2022-ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbdə Beynəlxalq Uşaqları Müdafiə gününə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə əvvəlcə Azərbaycan respublikasının himni səsləndirilmiş,daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış etmişdir.O, qeyd etmişdir ki, dünyanın bir çox demokratik ölkələri kimi Azərbaycan da uşaq hüquqlarının qorunması haqqındakı bütün konvensiyalara qoşulmuşdur və ölkəmizdə uşaq hüquqlarının qorunması prioritet məsələlərdən biridir.Ölkəmiz uşaqların inkişafı, sağlam böyümələri, mükəmməl təhsil almaları,öz istedadlarını nümayiş etdirmələri üçün hər cür imkana malikdir. Tədbirdə çıxış edən müəllimlər və valideyinlər də uşaqları bayram münasibətilə təbrik etdiər və böyüməkdə olan nəslə yaradlmış gözəl şərait üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bilirdilər. Tədbir şagirdlərin hazırladıqları bayram proqramı ilə davam etdirildi.


Açar sözlər: ,  ,  ,  ,