24 may 2022-ci il tarixdə Xocalı şəhər 5 saylı tam orta məktəbdə 28 may Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin təşkilatçı müavini Emin Əhmədov, IX sinif şagirdi Fatimə Rüstəmli Azərbaycanın dövlətçilik, müstəqillik tarixi barədə ətraflı məruzə etdilər. Tədbirin sonunda məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.