27.05.2022

"Maliyyə savadlığı"

24.05.2022-ci il tarixində Bakı şəhərində Mərkəzi Bankın binasında Təhsil Nazirliyinin və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə təşkil olunmuş "Maliyyə savadlığı" müsabiqəsində qalib gələn şagirdlər üçün təqdimat mərasimi keçirildi. Xocalı rayon Yaloba kənd tam orta məktəbindən də VII sinif şagirdimiz Məhərrəmova Nəzrin Ramin qızı tədbirə qalib olduğu üçün dəvət olunmuşdu. Şağirdimiz "Maliyyə savadlığı" müsabiqəsində "Uşaqlar və pullar" mövzusunda iştirak etmiş və 30 sualdan 29 suala düz cavab verərək fərqlənmə sertifikatı və hədiyyə qazanmışdı. Biz də şagirdimizi səmimi qəlbdən təbrik edir, yeni və daha böyük uğurlar, nailiyyətlər arzu edirik.


Açar sözlər: ,  ,  ,  ,