24 may 2022- ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbdə “Şuşa ili”nə həsr olunmuş "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Eldəniz Məhərrəmov giriş nitqi ilə çıxış etdi. O, Şuşanın tarixindən, zaman-zaman yadelli işğalçıların Şuşaya hücumundan, mənfur qonşularımızın Şuşanı işğal etməsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı uzaqgörən, məqsədyönlü siyasətdən və Şuşanın qəhrəman oğullarımız tərəfindən necə azad edilməsi barədə geniş məlumat verdi. Daha sonra Şuşanın tarixini, mədəniyyətini özündə əks etdirən videoçarxlar nümayiş etdirildi. Tədbirin sonunda məktəbin şagirdləri Şuşaya həsr olunmuş rəngarəng, bədii proqramla çıxış etdilər.