19 may 2022-ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Erkən nigah və onun fəsadları”, “Narkomaniyaya yox deyək” devizi altında dəyirmi masa keçirilmişdir. Diskussiya xarakterli bu tədbirdə məktəbin direktoru Eldəniz Məhərrəmov, təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova mövzularla bağlı məruzələr etmiş, məruzələr ətrafında IX-XI siniflərin rəhbərləri, məktəbin psixoloqu, şagirdlər çıxışlar etmişlər. Gündəlikdəki hər iki məsələnin zərərli tərəfləri, onların törətdiyi fəsadlar barədə şagirdlərə ətraflı şəkildə məlumat verilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Sonda proyektor vasitəsilə zərərli vərdişlərin törətdiyi fəsadları özündə əks etdirən qısa videoçarxlar nümayiş olunmuş, hazırlanmış bukletlər şagirdlərə paylanmışdır. Göstərilən mövzularda şagirdlər divar qəzetləri, stendlər tərtib etmişlər.