“Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsi.18 may 2022-ci il tarixdə Xocalı şəhər 4 saylı tam orta məktəbin komandası “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika yarışının Yevlax şəhərində keçirilən zona mərhələsində iştirak etmişdir. Xocalı rayonunu təmsil edən bu komanda yarışın zona mərhələsində fəal iştirak edərək 11 komanda içərisində III yerə layiq görülmüş, diplom və kubokla təltif edilmişlər.