Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyə Səfirliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Şəhidləri” və “Qarabağ Zəfəri” adlı şeir yarışmasında Xocalı rayon ümumtəhsil məktəblilərinin 6 şagirdi ( Xocalı şəhər 3 saylı tam orta məktəbin 2 şagirdi-Məhərrəmova Nəzrin, Museyibova Şəfəq, Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbin şagirdi Rəsulov Nihad, Xocalı rayon Kosalar kənd tam orta məktəbin şagirdi Quliyeva Aytən, Xocalı rayon Başkənd kənd tam orta məktəbin şagirdi Hümbətli Zəhra və Xocalı rayon Qaragav kənd tam orta məktəbin şagirdi Orucova Səhər) qalib olmuşdur.
29 may 2021-ci il tarixində mükafatlandırmada qalib şagirdlərimiz və Xocalı Rayon
Təhsil Şöbəsinin metodisti Aliyə Abışova iştirak etmişdir. Şagirdlərimiz qiymətl
hədiyyələrlə mükafatlandırılıb.