08.04.2021

H.Əliyevin anadan olmasının 98-ci ildönümü  

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi H.Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq, Xocalı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün Ulu Öndər H.Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin onlayn formada rayon mərhələsi keçirildi. Rayonun ümumtəhsil məktəblərinin hamısının şagirdləri müsabiqədə aktiv iştirak  etdilər. Rayon mərhələsində Xocalı şəhər 3 saylı tam orta məktəbinin IX sinif şagirdi Nəsibova Mehriban Adil qızı seçilərək  respublika mərhələsinə göndərildi.


Açar sözlər: