19.03.2021

Yeni dövrə və siyasi dialoqa konseptual baxış

 
           
Cənab Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Azərbaycan yeni dövrə qədəm qodu. Konseptual baxımdan bütün baxışlar yerindədir ancaq Qarabağın bərpası ilə bağlı bəzi planlara düzəlişlər edilməsi zəruridir.

Vətən müharibasindən əvvəl başlamış siyası dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunmuşdur.Özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla digər siyasi qüvvələr dialoqa meyl göstərib və artıq bu dialoq baş tutub.

6 siyasi partiyanın YAP-a qoşulmaqla bağlı müraciəti müsbət qarşılanmış və YAP-ın VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair  qərar qəbul edilmişdir. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsinin xəbərçisi sayıla bilər. Əslində, siyasi partiyaların birləşmək istiqamətindəki addımları ölkədəki dialoq mühitinin formalaşmasına da yardımçı olacaq. Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

        Söhbət heç də eyni təşkilatda birləşməkdən də getmir. Hakim partiya müxalifətlə də dialoqa tərəfdar olduğunu nümayiş etdirir. Əslində, YAP-ın bu addımı təşkilatın lideri, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış qələbənin nəticəsində əldə edilmiş milli birlik formulunun real işə düşməsidir.

Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu müddət ərzində gördüyü işlər Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyaların öz siyasi proqramlarında qarşılarına başlıca məqsəd kimi qoyduğu Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etmiş və “Turançılıq” ideologiyasını layiqincə yerinə yetirərək həmin partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu müddət ərzində görülmüş işlər, eləcə də 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bunların bariz nümunəsidir.

1990-cı illərin əvvələrində xarici ölkələr Azərbaycanda siyasi dialoq qurulmasında köməklik etmək istəyirdilər. Bu bizim öçün təhqir idi.Ancaq indi bu dialoq baş tutub.İqtidar və müxalifət hər ikisi bu dialoqda maraqlıdır.

         Özünu milli şura adlandıran antimilli şura isə nəinki siyasi dialoqa gəlmək, əksinə xalqı çaşdırmaqla ölkəmizin qazandığı qələbəyə kölgə salmaqla məşğuldur. Onlar  Azərbaycanın beynalxalq nüfuzuna xələl gətirmək üçün hər cür çirkinliyə əl atırlar. Bir vaxtlar Paşinyanı demokrat, təmiz adam adlandıran milli şuranın Ermənistandaki siyasi həpslərə susması onların ikiüzlülüyünün bariz nümunəsidir. Bəlkədə indiyənə kimi Azərbaycan tarixində onlar kimi ikiüzlü riyakar insanlar olmamışdır.Onların məqsədi ölkədə çaxnaşma yaratmaq, xalqın fikrini qarşdırmaq, Qarabağın işğal altında qalmasını uzatmaq olub.

Antimilli şura istisna olmaqla digər siyasi qrumlarla əməkdaşlığın genişləndirilməsi ölkəmizin gələcək inkişafında müsbət təsiri olacaqdır.

 

 

 


Açar sözlər: