26.02.2021

Xocalı faciəsi.

               Xocalı soyqırımı XX əsrdə xalqımızın sinəsində açılan ən dərin qanlı şırımdır.  20 fevral 2021-ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim, şagird kollektivi, Bakı şəhəri Xəzər Rayon Mərkəzi Kitabxanası, İstiqlal muzeyi,Türkiyənin Akdəniz Universiteti,Milliyətçi Hərəkat Partiyası,İraq-Türkmən dərnək başkanı və bir çox xarici nümayəndələrin iştirakı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.

                Tədbirdə yazıçı Elçin Hüseynbəyli, Xocalı şəhər 3 saylı tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov,məktəbin ibtidai sinif müəllimi  Nəsibə Quliyeva faciə haqqında konkret faktlar göstərməklə dərin məzmunlu çıxış etdilər.

                Məktəbin şagirdləri tədbirdə faciəyə həsr olunmuş bədii qiraət nümunələri söylədilər.

        


Açar sözlər: ,  ,  ,