2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nüfuzlu dramaturqu teatr təşkilatçısı, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olmuşdur. Bu məqsədlə Xocalı rayonunun ümumtəhsil müəssisələrində ədibin 150 illiyinin tamam olması ilə bağlı virtual tədbirlər və ümumtəhsil müəssisələrimizdə açıq dərslər keçirilmişdir. Keçirilmiş tədbirlərdə şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynadığı bildirilmişdir.