14.01.2021

Nəriman Nərimanovun anadan olmasının 150 illiyi

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Tanınmış yazıçının 150 illik yubileyinin qeyd edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları tərəfindən müvafiq Sərəncam imzalanıb. Xocalı rayon ümumtəhsil məktəblərində ədibin 150 illik yubileyi ilə bağlı virtual tədbirlər təşkil olunmuşdur. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq və ədibin şəxsiyyətinə ehtiramla yanaşmaqdan ibarətdir.


Açar sözlər: ,  ,  ,  ,