Xocalı  faciəsi

           Xocalı  faciəsinin 26-cı ildönümü ilə əlaqədar  geniş tədbir keçirilib. Tədbirdə  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib. Məktəbin  direktoru İ.Bayramov faciə ilə əlaqədar geniş çıxış edərək bildirdi ki, Xocalı faciəsini  törədən  cinayətklarlar  hələ  cinayət  məsuliyyətinə cəlb olunmayıb.

            Xocalı qətliamını  törədənlər  ədalət  məhkəməsi   qarşısında cavab verəcəklər. Xocalı faciəsinin ah-naləsi  qəlbimizdən  heç bir zaman  silinməyəcək.

           Biz inanırıq ki,  Prezidentimizin  apardığı  daxili və xarici  siyasət nəticəsində  torpaqlarımız  işğaldan azad olunacaq və hər bir kəs  öz döğma  torpaqlarına  qayıdacaq.

          Tədbirin  sonunda  şagirdlər  Xocalı  faciəsinə  həsr etdikləri  ədəbi bədii kompozisiya ilə  çıxış etdilər.