Xocalı  rayon Təhsil  şöbəsi  1990-cı  ilin aprelində  yaradılmışdır. Həmin  dövrdə keçmiş  Dağlıq  Qarabağ Muxtar  Vilayəti  ərazisindəki  Azərbaycanlılar  yaşayan   məntəqələrdəki  məktəblər      Xocalı  rayon  Təhsil  şöbəsinin  tabeliyində  olmuşdur. Məlum  hadisələrlə əlaqədar 1992-ci  ilin  fevralından  sonra  Xocalı  rayon  Təhsil  şöbəsi  bir  müddət  Yevlax  şəhərində.

2003-cü  ilə  qədər Naftalan  şəhərində  fəaliyyət  göstərmiş 2003-cü  ildən  sonra  isə  Goranboy  rayonu Aşağı Ağcakənd  qəsəbəsində  yerləşir.

2000-ci ilin  aprelində  rayon  Təhsil  şöbəsinin  yaradılmasının  10 illiyi  Təhsil  Nazirliyi  tərəfindən  qeyd  olunmuşdur.

Ha-hazırda  rayon  Təhsil  şöbəsi  tabeliyində  12  tam  orta, 1 UYM respublikanın  5  şəhər  və  rayonunda (Bakı şəhəri, Gəncə şəhəri, Goranboy  rayonu, Oğuz rayonu, Şəki rayonu)  fəaliyyət  göstərir.

Rayonun  UYM  Goranboy  rayonu ərazisindəki  məktəblərdə  olan  şagirdləri   dərsdən  sonrakı  vaxtda  10  dərnəyə  cəlb  etməklə  fəaliyyət göstərir.