Şakir Əliyev

Müdir

 

07.03.1959-cu  ildə  Xocalı  rayonunun  Kosalar  kəndində  anadan   olub. 1974-cü  ildə  M.Əzizbəyov  adına  Şuşa şəhər  Pedaqoji   texnikumuna  daxil  olub-1978-ci ildə  təmin  texnikumun  ibtidai  sinif  müəllimliyi  ixtisasını  bitirib. 1978-ci ildən sentyabrından  1978-ci ilin noyabr  ayına  qədər  Kosalar  kənd   orta  məktəbinin  Qaragav  filialında  müəllim  işləyib.

1981-1988-ci  illərdə  Əskəran   rayonunun  Dasbulaq  kənd  orta  məktəbində   müəllim  işləyib.

1984-1989-cü illərdə Xankəndi  Pedaqoji İnstitutunun tarix fakultəsində ali təhsil alıb.

1989-1990-cı  tədris ilindən  Xocalı rayonu  Qaragav  kənd  tam  orta  məktəbində  direktor  vəzifəsində  işləyib.

05.03.2013-cü il tarixdən  Xocalı  rayon Təhsil  şöbəsinə   müdir  vəzifəsinə   təyin  olunub.

Ailəlidir. 3 övladı var.