21.02.2020

“Xocalı faciəsi”.

           Xocalı şəhər 5 saylı tam orta məktəbdə “Xocalı faciəsi” ilə bağlı 18.02.2020 ci il tarixdə geniş tədbir keçirildi.Tədbirdə Təşkilatçı müavin Əhmədov Emin Nəsir oğlu bildirdi ki,1992-ci il  fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində  yerləşən 366-cı  motoatıcı alayının zirehli texnikası və  hərbi heyətinin   köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər nəticədə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.Daha sonra  Kərimov Vüqar Əzim oğlu bildirdi ki,bu  faciəni törətməkdə məqsəd azərbaycanlıları qorxutmaq,gözünü qırmaq idi.

Xocalı  soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının,Azərbaycan kəndlərinin atəşə tutulmasında  dəfələrlə iştirak etmişdir.Daha sonra TTİÜDM Cəfərov Xaliq Mürsəl oğlu bildirdi ki,Xocalı 1992-ci il 26 fevralda işğal olunmuşdur.Əhalisi 24 min nəfərdir,29 sənaye və tikinti obyekti,80 mədəni-məişət obyekti erməni işğalçıları tərəfindən dağıdılmış ,yandırılmış və  talan olunmuşdur.

Daha sonra VI və VII sinfin şagirdlərinin şeir kompazisyası dinlənildi,III sinfin Xocalı faciəsi ilə bağlı səhnəciyi  xüsusi maraqla qarşılandı.

 

 

 


Açar sözlər: ,  ,  ,  ,