18.02.2020

Xocalı soyqırımı.

Xocalı harayı.

Xocalı şəhər 3 saylı tam orta məktəbdə “Xocalı soyqırımının 28-ci” ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhərrəmov Eldəniz Təhməz oğlu açdı. Məruzəçi qeyd etdi ki, Xocalı soyqırımı dünyada baş vermiş ən dəhşətli qətliamlardan biridir. Bu qətliam düz 28 il əvvəl, 1992-ci il fevral ayının 25-dən, 26-na keçən gecə baş vermişdir.Həmin gecə köməksiz qalan Xocalı dörd tərəfdən Rusların 366-cı motoatıcı alayının köməkliyiilə erməni quldurları tərəfindən mühasirəyə alındı. Hər tərəfdən atəşə məruz qalan əhali oddan-alovdan xilas olmaq üçün Ağdam istiqamətində şəhərdən çışmağa çalışsa da, mənfur düşmən dinc əhaliyə aman vermədi. Həmin gecə 613 nəfər dinc sakin qətlə yetirilmiş, 1275 nəfər yaralanmış, 150 nəfər isə itkin düşmüşdür. 21-ci əsrin astanasında baş verirdi. Baxmayaraq ki, dünyanın bir çox ölkələri tərəfindən, eyni zamanda Amerika Birləşmiş Ştatlarının 22 ştatı tərəfindən soyqırımı kimi tanınıb, ancaq yenə də bir çox qərb dövlətləri hələ də Xocalı faciəsinə obyektiv verməyib, bu faciə soyqırım kimi tanınmayıb.Ancaq hesab edirəm ki, qisas qıyamətə qalmayacaq. Möhtərəm cənab prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasət nəticəsində torpaqlarımızız işğaldan azad ediləcək, Xocalı soyqırımının, eləcə də dıgər faciələrimizin hesabı mənfur düşməndən soruşulacaqdır. Daha sonra Xocalı rayon Təhsil Şöbəsinin metodisti Əhmədov Tural Arif oğlu, məktəbin müəllimləri, valideyinlərlə birgə Xocalı soyqırımı və bu faciənin baş vermə səbəbləri haqqında çıxış etdilər.

Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədi kompozisiya nümayiş etdirildi.

 

 

 

 


Açar sözlər: ,  ,  ,