14.02.2020

Xocalı faciəsi.

Xocalı faciəsini anırıq.

13 fevral 2020-ci il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşə gəlmişlər. VI, VII sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açaraq məktəbin direktoru Vidadi Rəhimov Xocalı faciəsi zamanı və ümumən Qarabağ uğrunda şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad etməyi vurğuladı. Sonra Goranboy rayon Heydər Əliyev mərkəzinin əməkdaşı şagirdlər qarşısında faciəyə həsr edilmiş məruzə ilə çıxış etdi. Belə görüşlər erməni qaniçənlərinin vəhşiliklərinin nəticəsinin nəsildən nəsilə ötürülərək  unudulmamasını tövsiyə edir.


Açar sözlər: ,  ,  ,  ,