15.01.2020

Qanlı yanvar.

Tədbirdə Xocalı Rayon Təhsil Şöbəsinin Aparıcı məsləhətçisi İsmayılova Aygün,məktəbin müəllimləri və şagirdlər iştirak etdilər.İlk öncə məktəbin direktoru Alışov Alış Azərbaycan dövlətinin müsdəqilliyi uğrunda canlarını qurban vermiş, vətəndaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini təşkil etdi. Sonra çıxışında 20 yanvar 1990-cı il hadisəsindən danışdı.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifova Nataliya və Tarix müəllimi Qasımov Sabir Qanlı yanvar faciəsinin tarixi həqiqətləri və Keçmiş sovet hərbi birləşmələri Bakıda törətdikləri qırğınların tarixindən tədbir iştirakçılarına geniş məlumat verdilər.

Sonda şagirdlərinin hazırladıqları şeir kompazisiyası və təqdimat dinlənildi.

 


Açar sözlər: ,  ,  ,  ,