25.10.2019

“Narkomaniyaya qarşə mübarizə”.

Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə” devizi altında tədbir keçirildi.

Tədbirdə Xocalı RTŞ-nin məsləhətçisi Xəyyam Cəfərov,metodist Tural Əhmədov, Xocalı RMX-nin baş həkimi Aqil Məmmədov, Xocalı RPŞ-nin İctimai Təhlükəsizliyi Qrupunun polis sahə rəisi polis leytenantı Nurəddin Mehdizadə,məktəbin müəllim heyyəti və IX,X,XI sinif şagirdləri iştirak etdilər.

Tədbiri məktəbin direktoru Məlahət İsmayılova açıq elan edərək gündəlikdəki məsələ ilə bağlı tədbir iştirakçılarına məlumat verdi.

Xocalı RPŞ-nin nümayəndəsi və Xocalı RMX-nin baş həkimi gündəlikdəki məsələ ilə bağlı olaraq məruzə ilə çıxış etdilər.Çıxışlarında narkomaniyanın törətdiyi fəsadlardan danışdılar.Şagirdlər tərəfindən verilən sualları geniş və ətraflı cavablandırdılar.

Tədbirdə Xocalı RTŞ-nin məsləhətçisi Xəyyam Cəfərov mövzu ilə bağlı olaraq geniş çıxış etdi.Çıxışda narkotik vasitələrin insan həyatında törətdiyi fəsadlardan danışdı. Şagirdlərə bu kimi vərdişlərdən uzaq olmalarını tövsiyyə etdi.

 

 


Açar sözlər: ,  ,  ,  ,