24.10.2019

“18 Oktyabr – Müstəqillik günü”

Xocalı rayon Yaloba kənd tam orta məktəbində “18  Oktyabr – Müstəqillik günü”  mövzusunda tədbir kecirildi.

Xocalı rayon Yaloba kənd tam orta məktəbində müstəqillik günü ilə bağlı tədbir keçirildi. Tədbirin davamı olaraq qəsəbədəucaldılmış “Ana heykəli” – genasid abidəsinə əklilər qoyuldu. Tədbiri giriş sözü ilə təşkilati işlər üzrə direktor müavini Tahir Həsənov açdı. O, bildirdi ki, müstəqilliyim qanlı-qadalı yollardan keçmişdir: “Siz bilməlisiniz ki, bu günkü əmin-amanlıq nəyin hesabına mümkün olmuşdur-bu durduğumuz məkan bizim üçün bu baxımdan müqəddəs bir yerdir”.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfü Quliyev məruzə ilə çıxış etdi (məruzənin qısa mətni protokola əlavə olunur):

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Bu gün hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə bərpa etmişdir.

Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar  kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz  əzəli və  əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər  şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə  şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
         Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.
         Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.
Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi  şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991),  İsveçrə (23 dekabr 1991),  İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və dövlətlər tanıdılar.
             Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.
             Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
           İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
          Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas  İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.

Məktəbin direktoru İslam Bayramov çıxış etdi: O, bildirdi ki, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Ölkəmiz bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu.

Tarix müəllimi Ramin Məhərrəmov çıxış etdi: Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş  Azərbaycan Xalq Cümhuriyyətinin  hüquqi varisidir. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağıhimni və gerbi haqqında da qanunlar qəbul edilib.

Bu günədək də ölkəmiz müstəqil olaraq öz varlığini şərəflə qoruyub saxlayır. Bu sahədə Ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm prezidentimiz İlham Əliyevin fəaliyyətləri həyati əhəmiyyət daşımışdır.

Daha sonra çıxış edən Xudayar Quliyev bir əsrdə iki dəfə müstəqillik qazanan xalqımızın şanlı və keçməkeçli tarixindən söz açdı. O, xalqımızın bu möhtəşəm zəfərindən geniş danışdı. Xudayar müəllim qeyd etdi ki: “Əlimizdə Cümhuriyyətimizin bayrağı, canımızda şəhidlərimizin gücü, ruhumuzda Heydər Əliyev amalı şanlı gələcəyə doğru gedirik biz. Başında müdrik rəhbərimiz duran güclü ordusu var dövlətimizin”.

Məktəbin tarix müəllimi Kamil Məhərrəmov də öz çıxışında 18 – Oktyabr bayramının dövlətçiliyimizin tarixindəki misilsiz rolunundan danışdı. O, qeyd etdi ki, azadlıqdan yüksək nemət, bundan böyük bayram olarmı?

Yaxınlarda Ali Baş Komandannımızıın komandanlığında keçirilən möhtəşəm hərbi paraq gücümüzü bir daha ortaya qoydu. Sabah hər birimiz əldə silah komandanımızın əsgəriyik...

Bədii hissə ilə şagirdlərin çıxışları dinlənildi.

 

Məktəb Kollektivi Müstəqillik bayramı ilə əlaqədar Nizami məqbərəsini, Nizami muzeyini və Gəncə qalası tarix muzeyini ziyarət etdi.

   

 


Açar sözlər: ,  ,  ,  ,