22.10.2019

“Dövlət müstəqilliyi Günü”

Xocalı şəhər 3 nömrəli tam orta məktəbində “Dövlət müstəqilliyi Günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məktəbin direktoru Məhərrəmov  Eldəniz Təhməz oğlu çıxış etdi.O qeyd etdi ki, elə tarixi hadisələr vardır ki, onlar hər bir millətin varlığında çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan öz müstəqilliyini əldə etməsi ölkə tarixində ən mühüm və müstəsna əhəmiyyətə malik tarixi hadisədir. 1918-ci ildə etdiyimiz müstəqilliyi qısa zaman kəsiyində itirsək də, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizə yenidən qovuşmağımız bizi bir xalq olaraq həddindən artıq qürurlandırır.

Sonda məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 


Açar sözlər: ,  ,  ,  ,