07.10.2019

5 Oktyabr- Müəllimlər günü.

Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, valideyinlər və qonaqlar iştirak etdi.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Ramin Məhərrəmov bu gün haqqında çıxış etdi.Beynəlxalq Müəllimlər Günü — YUNESKO tərəfindən təsis edilən və bir çox ölkədə qeyd edilən gün.5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Məktəbin direktoru İslam Bayramov çıxış etdi. İslam müəllim ilk olaraq Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyevin təbriklərini müəllimlərə çatdırdı.İslam müəllim çıxışının davamı olaraq müəllim adının ucalığından danışaraq qeyd etdi ki, cəmiyyətimizin bütün sosial təbəqələri müəllim əməyinin bəhrəsi kimi meydana çıxmışdır. Həmçinin İslam müəllim Ulu Öndər Heydər Əliyevin müəllimlərə və müəllim adına verdiyi yüksək qiymətdən söz açdı: -“Mən Yer üzərində müəllimdən yüksək ad tanımıram”. Daha sonra o, möhtərəm Prezidentimizin müəllimlərə bu günkü qayğısından danışdı.Digər çıxış edənlər də cəmiyyətiimizdə müəllim ordusunuun əvəzolunmaz xidmətlərindən bəhs ettdilər. Onlar qeyd etdilər ki, müəllimə zaman-zaman peyqəmbərlər, filosoflar, alimlər, dövlət xadimləri öz yüksək qiymətlərini vermişlər.Söz alıb çxış edən valideyinlər də məktəbin müəllim kollektivindən öz razılıqlarını bildirərək, müəllimlərə peşə bayramları münasibəti ilə təbriklərini bildirdilər.  Şagirdlərin ifasında bədii hissə nümayiş etdirildi.

Şagirdlər də öz növbələrində müəllimlərini peşə bayramları münasibəti ilə şeir və tamaşalarla hədiyələndirdilər.

 

 


Açar sözlər: ,  ,  ,  ,