15.05.2019

Heydər Əliyevin anadan olamsının 96 illiyi.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi və gül bayramı münasibəti ilə Xocalı rayon Yaloba kənd tam orta məktəbində geniş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin  direktor  müavini Tahir Həsənov açdı. O, Heydər Əliyev həyatının müxtəlif məqamlarından söz açdı, vurğuladı ki, bu fonemin şəxsiyyətin adı, elə müstəqil Azərbaycan deməkdir.       

Öndərimiz Azərbaycanımızın həmişəyaşarlığı yolunda lazımi işləri görmüşdür. Ulu Öndərin adı heç zaman qəlblərdən silinməyəcəkdir! Hazırda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir.

Heydər Əliyevin 96 illiyi münasibəti ilə məktəblər arası voleybol yarışı keçirildi. Yarışda Yaloba kənd tam orta məktəbinin komandası II yeri tutdu. Qaliblər YAP Kosalar ərazi ilk partiya təşkilatı və  “Xocalının Səsi” qəzeti redaksiyası tərəfindən mükafatlandırıldı.

 Daha sonra Ulu Öndərin Məktəbdə yerləşən büstü önünə əklillər qoyuldu. Heydər Əliyev irsinin  şagirdlərə əyani olaraq yaxından çatdırılması üçün Gəncə şəhərində yerləşən Heydər Əliyev mərkəzinə ekskursiya təşkil edildi. Burada məktəb kollektivi  Heydər  Əliyev irsini özündə əks etdirən zəngin eksponatlarla tanış oldular.


Açar sözlər: ,  ,  ,  ,