10.05.2019

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.

Məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətləri misilsizdir, təkrarsızdır və dünyanın heç bir siyasətçisinin fəaliyyətilə müqayisəyə gəlməzdir.20-ci əsrin əvvəllərində əldə edilmiş, cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyəti tariximizdə nə qədər böyük əhəmiyyətə malikdir.Cümhuriyyətin bərpa edilib, 28 il yaşamasını və bu gün də dünya dövlətləri içərisində möhkəmlənməsini, özünəməxsus yer tutmasını məhz Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Bu gün vətəndaşı olduğumuz müstəqil Azərbaycan dövləti Heydər Əliyevin bizə bəxş etdiyi ən müqəddəs bir əmanətdir və bu əmanəti qoruyub saxlamaq hər birimizin ən ümdə borcudur. Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin dünya birliyi tərəfindən də qəbul edilmiş fenomen bir şəxsiyyət olması haqqında danışdılar.

Sonda məktəbin şagirdləri tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.


Açar sözlər: ,  ,  ,  ,