23.04.2019

Açıq dərs.

Xocalı rayonunun 10 ümumtəhsil məktəbinin ibtidai siniflərində 20 mart 2019-cu il tarixdən 19 aprel 2019-cu il tarixə qədər olan dövrdə açıq dərslər keçirilmişdir.Açıq dərslərdə Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər Şöbəsinin müdiri  Lamiyyə xanım Qarayeva,Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, şöbənin aparıcı məsləhətçiləri və metodistləri iştirak etmişlər.Açıq dərsləri keçirməkdə məqsəd şagirdlərin biliklərini öyrənmək,yüksək bacarığa, biliyə və metodik qabiliyyətə malik olan müəllimin təcrübəsini rayonun məktəbləri arasında yaymaqdan ibarət olub.Xocalı rayon 4 nömrəli tam orta məktəbin sinif müəllimi Əliyeva Təranə Qaraş qızının “Qarabağ” mövzusunda keçirdiyi açıq dərsi yüksək səviyyədə təşkil olunduğu üçün komissiyyanın və açıq dərsləri keçirilən digər məktəblərin ibtidai sinif müəllimlərinin birgə rəyyi əsasında birinci yerə layiq görülmüşdür.

 


Açar sözlər: ,  ,  ,  ,  ,