15.04.2019

 “ Oxu günü”.

Məktəbin direktoru Eldəniz Məhərrəmov çıxışında mütaliənin insan həyatında  nə qədər böyük əhəmiyyətə malik olduğundan danışdı.Qeyd etdi ki, dünyadakı dahi insanların böyük əksəriyyəti məhz güclü mütaliənin sayəsində bu qədər zirvələr fəth etmişlər. Məruzəçi çıxışına Nizami Gəncəvinin məlum misraları ilə yekun vurdu.

   “Dünyada nə qədər kitab var belə,

    Çalışıb-əlləşib gətirdim ələ.

    Oxudum, oxudum, sonra da vardım,

    Hər gizli xəzinədən bir dürr çıxardın.”

Sonra məruzə ətrafında məktəbin müəllimləri çıxış etdilər. Onlar da mütaliənin insan həyatında mühüm yer tutduğunu, çox oxumağın hər bir fərdi kamilləşdirdiyini vurğuladılar. Qeyd olundu ki, əgər belə olmasaydı müqəddəs peyğəmbərimiz olan Məhəmməd peyğəmbər deməzdi ki, “Oxumaq oxumaq, beşikdən ta qəbir evinə qədər oxumaq.” Sonda məktəbin şagirdləri oxuduqları kitablardan, həmin kitablardakı əsərlərin mənfi və müsbət qəhrəmanları haqqında müzakirələr apardılar.

 


Açar sözlər: ,  ,  ,  ,