10.12.2018

Ümummilli Liderimiz.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Eldəniz Məhərrəmov açdı.Natiq çıxışında Ümummilli Liderin həyatı və siyasi fəalliyyəti barədə geniş məlumat verdi.O, həm də Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərdən birinin müstəqilliyin yenidən bərpa olunmasındakı yorulmaz və qətiyyətlinin olduğunu xüsusi vurğuladı. O, həm də Heydər Əliyevin Azərbaycanın daxili və xarici siyasətindəki misilsiz rolumdan, ölkəmizi beynəlxalq səviyyədə ləyaqətlə təmsil etməsindən və Azərbaycan dünya səviyyəsində tanıdılmasındakı müstəsna xidmətlərindən danışdı.

Məktəbin müəllimlərindən Vəfa Məmmədova, Seyfəddin Əhmədov və Zərifə Bilalova Ümummilli Lider Heydər Əliyevin dünya miqyasında tanınmış polad iradəli siyasətçi və böyük insan olduğunu xüsusi vurğuladılar.Tədbirin sonunda şagirdlər Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii komopozisiya ilə çıxış etdilər 

 


Açar sözlər: ,  ,  ,  ,