01.10.2018

“Əsrin müqaviləsi”

20 sentyabr 2018-ci il tarixdə Yaloba kənd tam orta məktəbində ““Əsrin müqaviləsi”nin imzalanmasının müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə məktəb kollektivi, ərazi icra nümayəndəsi və başqa qonaqlar iştirak etdi. Mərasimdə çıxışlar edən natiqlər “Əsrin müaviləsi”nin müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasında və inkişafındakı rolunda geniş danışdılar.Məktəbin direktoru İslam Bayramov açılış nitqi ilə çıxış edərək bildirdi ki, biz ölkəmizin bu günkü inkişafı üçün Heydər Əliyev siyasətinə borcluyuq. Ulu Öndərin uğurlu neft strategiyası olmasaydı müstəqil dövlətçiliyimiz təhdid altında idi. Neft müqavilələri sayəsində həm ölkəmizi maliyə axınlarının qarşısı açıldı, həm də müqavilə bağladığımız ölkələr bizim müstəqilliyimizin qarantına çevirildilər.

Tarix müəllimi Məhərrəmov Kamil “Əsrin müaviləsi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə Ümummilli lider Heydər Əliyevin neft strategiyasından ətraflı bəhs olundu:

 

 “Əsrin müqaviləsi”  1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə.


Açar sözlər: ,  ,  ,  ,