18.03.2018

Xocalı  rayon   Meşəli  kənd  tam  orta  məktəb

   Novruz  bayramının  atributları  olan  Kosa,  keçəl  və  baharqızın  iştirakı  ilə  geniş  tədbir  keçirildi.  Açılış   üçün  söz  məktəbin  direktoru  A.Alışova  verildi.  A. Alışov  çıxış  edərək   tədbir  iştirakçılarını  novruz  bayramı  münasibəti  ilə  təbrik  edib  bol  ruzili  il  və  təhsildə  müvəffəqiyyət   arzu  etdi. İbtidai  sinif  şagirlərinin  hazırladığı  şeirlər  dinlənildi. VIII-IX-XI  siniflərin   hazırladıqları  səhnəciklərə  tamaşa  edildi. 
(Müəllim  və  şagird), ( Qocalara  hörmət  edək)  səhnəcikləri  tamaşa  edənlərə  xoş  ovqat  bəxş  etdi. Kosa  və  keçəl  ibtidai  siniflərə  Novruz  bayramı   hədiyyələri  təqdim  etdi.  Adət-ənənəmizə   uyğun  olaraq  qızlarımız  tərəfindən  Novruz  bayramına   aid  haxışdalar  söylənildi